İtaliyanın baş naziri Enriko Letta "Milan"ın hücumçusu Mario Balotelli haqda xoş sözlər deyib. Futbolinfo.az xəbər verir ki, o, Balotellinin DÇ-2014-də İtaliya milli komandasının ümidi olacağını deyib.
 
"La Qazetta"ya açıqlama verən baş nazir hücumçuya bəzi məsləhətlər də verib: "Ona demək istəyirəm ki, etdiyi hərəkətləri uşaqlar görür və təqlid etməyə çalışır. Xüsusilə hakimlərə qarşı hərəkətlərinə fikir verməlidi".
 
Baş nazir A seriyasında bəyəndiyi digər futbolçuların adlarını da açıqlayıb. Bunlar "İnter"in kapitanı Xavyer Zanetti və "Milan"ın braziliyalı ulduzu Kakadı.
Shares: