"Bakı" ilə oyundan öncə "Qəbələ" ilə yollarını ayırdığını bildirən Şəhriyar Xəlilov artıq özünə yeni klub tapıb. Futbolinfo.az xəbər verir ki, gənc futbolçu qış fasiləsində "Sumqayıt" klubuna keçə bilər.
Komandanın baş məşqçisi Aqil Məmmədov da Xəlilovu sərəcamında görməkdə maraqlıdı. Bu transferin yaxın günlərdə rəsmiləşməsi gözlənilir.





