"Real"ın (Madrid) lideri Kriştianu Ronaldo üçün 2013-cü il karyerasının ən uğurlu ili kimi yadda qalıb. Futbolinfo.az xəbər verir ki, portuqal hücumçu həm millidə, həm də klubda ümumilikdə forma geydiyi 59 rəsmi matçda 68 qol vurub və 17 məhsuldar ötürmə verib. İndiyə kimi o, heç vaxt il ərzində bu qədər fərqlənməmişdi.
 
Yanvar ayında veriləcək "Qızıl Top" üçün ən əsas namizədlərdən olan 28 yaşlı futbolçunun əsas rəqibi Lionel Messi isə bu il cəmi 45 qol vurub. Ronaldo builki çıxışını belə dəyərləndirib: "Bu il mənim üçün uğurlu oldu. Amma növbəti il bundan da yaxşı olmağa çalışacam. Ötən mövsüm heç bir kubok qazana bilmədik. Bu mövsüm  uğursuzluqların əvəzini çıxmalıyıq".
Shares: