“Şamaxı”nın mənim üçün xüsusi yeri var. Çünki Premyer Liqada debütümü məhz bu komandada etmişəm. Bu seçimi edərkən ən vacib amillərdən biri də Azər Bağırovun rəhbərliyi altında çalışmaq istəyim oldu”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında Uğur Cahangirov deyib.

Hücumçu əvvəlki dönəmlə müqayisədə daha təcrübəli futbolçu kimi komandaya fayda verə biləcəyini vurğulayıb: “İlk dəfə “Şamaxı”da çıxış etdiyim dönəmdə gənc futbolçu idim. İndi isə həm yaş, həm də təcrübə baxımından daha fərqli səviyyədəyəm və komandaya daha çox fayda verə biləcəyimə inanıram. Hücumçu kimi əsas məqsədim komandama qollar və məhsuldar ötürmələrlə kömək etməkdir”.

24 yaşlı forvard klubun da son illərdə inkişaf etdiyini qeyd edib: “Şamaxı”da oynadığım vaxt klub Premyer Liqada ilk mövsümünü keçirirdi. Düşünürəm ki, aradan keçən müddətdə həm klub kifayət qədər təcrübə qazanıb, həm də mən. Komandanı seçərkən bu məqamı da nəzərə aldım. Hesab edirəm ki, bu əməkdaşlıq hər iki tərəf üçün uğurlu və faydalı olacaq”.

Uğur ötən mövsümdəki çıxışından razı qalmadığını da gizlətməyib: “Açığı, ötən mövsüm “Karvan-Yevlax”da göstərdiyim performans məni tam qane etmədi. Buna görə də üzərimdə daha çox çalışaraq əvvəlki mövsümlərdən daha yaxşı çıxış etmək istəyirəm. Qarşıma qoyduğum əsas hədəf komandama maksimum fayda vermək, mümkün qədər çox qol vurmaq və “Şamaxı”nın uğurlarına töhfə verməkdir”.

GÜNAY SÜLEYMANOVA

Shares: