Avroliqanın İdarə Heyəti qitənin nüfuzuna görə ikinci ən önəmli basketbol turnirinin genişləndirilməsini rəsmən təsdiqləyib.

Belə ki, 2026/2027-ci illər mövsümündən etibarən yarışda 32 komanda iştirak edəcək. Yeni formata əsasən, iştirakçılar hərəsində 8 klub olmaqla 4 qrupa bölünəcək. Hər qrupdan ilk 4 komanda pley-off mərhələsinə vəsiqə qazanacaq. Pley-off oyunları 1/16 final mərhələsindən başlayacaq. Hər cütdə qalib iki qələbəyədək davam edən seriyada müəyyənləşəcək.

Avrokubokun növbəti mövsümündə çıxış edəcək klubların yekun siyahısının daha sonra açıqlanacağı bildirilib.

Qeyd edək ki, turnirin hazırkı qalibi Fransanın “Burk” klubudur.

Shares: