Qətər basketbol yığması 2027-ci ildə keçiriləcək dünya çempionatına ciddi güclənmə ilə hazırlaşa bilər.

Yunanıstan mətbuatının məlumatına görə, “Panatinaikos” klubunun amerikalı oyun qurucusu Kendrik Nann Qətər millisinin milliləşdirilmiş oyunçusu olmaq üçün 5 illik müqavilə imzalamağa yaxındır. Oyunçuya təxminən 10 milyon dollar dəyərində təklif irəli sürülüb.

Qeyd edək ki, Nann hazırda Avroliqanın ən tanınmış basketbolçularından biridir və əgər bu keçid baş tutarsa, o, dərhal Qətər millisinin əsas ulduzuna çevriləcək. Ötən mövsüm Avroliqada “Panatinaikos”un heyətində çıxış edən amerikalı basketbolçu orta hesabla 18,3 xal, 2,7 ribaund və 3,5 asistlə yadda qalıb. Bu göstəricilər ona turnirin ikinci rəmzi komandasına düşmək imkanı verib.

Shares: