Milli Basketbol Assosiasiyasının dördqat çempionu, 41 yaşlı amerikalı basketbolçu LeBron Ceyms özünü basketbol tarixində heç bir oyunçudan aşağı qiymətləndirmir.

O, “Time” jurnalına verdiyi açıqlamada bütün dövrlərin ən böyük ulduzları ilə müqayisə olunmasına belə münasibət bildirib:“Özümün yerinə heç kimi seçməzdim. Şübhəsiz! Amma düşünürəm ki, Maykl Cordan da eyni şeyi deyərdi. Ruhu şad olsun Kobi Brayantın, sağ olsaydı, o da eyni cavabı verərdi. Məcik Conson, Lerri Börd, Şakil O`Nil, Uilt Çemberlen, Kərim Əbdül-Cabbar… Heç biri başqasını özündən üstün seçməzdi. Əgər bu oyunçular bir yerdə drafta qatılsaydılar, menecerlər üçün də məni seçməmək çox çətin olardı”, – deyə LeBron bildirib.

Shares: