Azərbaycan Birinci Divizionunda çıxış edən “Araz Naxçıvan” Super Kuboku qazanması münasibətilə “Xəzər Lənkəran”ı təbrik edib. Futbolinfo.az həmin təbriki təqdim edir:
 
“Əziz “Xəzər Lənkəran” kollektivi. Bu gün 18 illik fasilədən sonra baş tutan Super Kubok matçı bir futbol bayramı idi. Bizim üçün qürurvericidi ki, bu matç doğma Naxçıvanımızda baş tutdu. Komandanızın futbolçularının daha istəkli, həvəsli olması isə Super Kubokun Lənkərana aparılması ilə nəticələndi. Bu “Araz Naxçıvan”ı da sevindirir.
 
“Araz Naxçıvan”ın rəhbərliyi, məşqçilər korpusu və futbolçuları adından qazandığınız qələbə münasibətilə “Xəzər Lənkəran”ı təbrik edir, belə qələbələrin davamlı olmasını arzulayırıq".
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp