Braziliyanın "Kruzeyro" komandasının yarımmüdafiəçisi Everton Ribeyro komandasını dəyişəcək. Futbolinfo.az xəbər verir ki, 24 yaşlı oyunçu "Mançester Yunayted"ə keçə bilər.
İngiltərənin digər nəhəngi "Liverpul"un da futbolçunu istədiyi iddia olunur. Amma, Ribeyro Mançesterə getmək istəyir. Mankunyanlar onun üçün 14 milyon avrosundan keçməyə hazırdı.
Qeyd edək ki, Ribeyro Braziliya çempionatında mövsümün ən yaxşı futbolçusu seçilib.





