AZAL-a transferi gözlənilən serbiyalı yarımmüdafiəçi Mario Bojiç bu xəbəri təsdiqləyib. Futbolinfo.az saytına açıqlamasında serbiyalı futbolçu bunları danışıb:
“Mənə bir neçə nəfər zəng edib. Doğrudan da belə bir məsələ var. Əgər razılıq olarsa, mövsümün ikinci yarısında AZAL-da oynayacağam. Azərbaycana qayıtmağı özüm də istəyirəm. Qarşıda nə olacaq, birlikdə görəcəyik".
Xatırladaq ki, Bojiç vaxtilə "Simurq"da çıxış etsə də, son yarım ili Yunanıstanda keçirib.





