Futbol üzrə Azərbaycan millisi təlim-məşq toplanışını artıq bir neçə ildi ki, Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirir. Lakin ötən illərdən fərqli olaraq, yığmamız bu il Dubaya yanvar ayında yox, fevral ayının sonlarında yola düşə bilər.
 
Belə olan halda Topaz Premyer Liqasının bir neçə turunun təxirə düşəcəyi qaçılmaz olacaq. Dörd dövrəli çempionatın oyunlarında onsuz da sıxlıq olduğunu nəzərə alsaq, bu yerdəyişmə klublarımız üçün başağrısı olacaq.
 
Bir çox klub rəsmiləri və məşqçilər futbolinfo.az saytına açıqlamasında çempionatda milli komandaya görə tez-tez fasilə yaranmasının əleyhinə olduqlarını bildiriblər. Bu, həm futbolçuların yorğun olması, həm də sabitliyin pozulması ilə əlaqədardı.
 
Berti Foqts millinin sükanı arxasında qalması dəqiqləşən kimi, yenə öz istəyini yeritməyə başlayıb. Bəs görəsən Peşəkar Futbol Liqası bu hadisələrdən xəbərdardımı? Adıçəkilən qurumun mətbuat ximətinin rəhbəri Aslan Şahgəldiyevlə əlaqə saxladıq. O, bu xəbəri mətbuatdan oxudğunu, AFFA tərəfindən PFL-ə təqvimin dəyişilməsi ilə bağlı heç bir müraciətin olmadığını bildirdi.
 
KƏMALƏ İSMAYILOVA
Shares: