“Xəzər Lənkəran”a transferi gündəmdə olan Slavik Alxasovun məsələsində sakitlik yaranıb. Futbolinfo.az xəbər verir ki, hər iki klubun rəsmiləri açıqlamalarında bu transferin baş tuta biləcəyini, hətta klublar arasında şifahi danışığın olduğunu xəbər versə də, futbolçunun özünə hələ də rəsmi təklif gəlməyib.
Bu barədə Alxasov özü saytımıza açıqlamasında deyib: “Mən mətbuatdan oxumuşdum ki, klublar arasında şifahi danışıq olub. Hətta “Neftçi” tərəfi mənim cənub klubuna keçidimə razılıq verib. Lakin mənə hələ də rəsmi təklif gəlməyib. Nə olacağını birlikdə görəcəyik”.





