Braziliya futbolunun canlı əfsanələrindən olan Ronaldo Luis Nazario "Barselona"da çıxış edən həmyerlisi Neymar haqda xoş sözlər deyib. Futbolinfo.az xəbər verir ki, Braziliya telekanallarından birinə açıqlama verən keçmiş hücumçu Neymarın “Barsa”da tarix yazaraq adını ən yaxşı braziliyalı futbolçular sırasına daxil edəcəyinə inanır:
"Neymar böyük bir ulduz futbolçu olacaq. Məncə, tarixi təkrar yazaraq dünyadakı ən yaxşı braziliyalı futbolçular siyahısında adını qızıl hərflərlə həkk edirəcək. O, doğru yoldadı. Həm xarizmatik, həm də nə etməli olduğunu bilən bir insandı".
Neymar ötən yay 57 milyon avro qarşılığında “Santos”dan “Barselona”ya keçib.





