"Qalatasaray" Almaniyanın “Hamburq” klubunun 18 yaşlı futbolçusu Hakan Çalhanoğlunu heyətinə qatmaqda israrlıdı. Futbolinfo.az xəbər verir ki, “Cim-Bom”un təkidi bundesliqa təmsilçisini əməlli-başlı şoka salıb.
Belə ki, komandasından aylıq 20 min avro alan futbolçu üçün "Cim-Bom" illik 20 milyon avro təklif edib. Ancaq "Qalatasaray"ı narazı salan məqamlardan biri odu ki, futbolçunun meneceri "sarı-qırmızılar”ın bu təklifini əlində bayraq tutaraq yenidən “Hamburq”la görüşüb oyunçunun aylıq gəlirinin qaldırılmasını tələb edir.





