Dünyanın ən böyük axtarış portalı olan “Google” FİFA-nın xahişi ilə 2013-cü ildə ən çox axtarılan futbol simalarının adlarını açıqlayıb. Nəticə isə xeyli maraqlı alınıb.
Futbolinfo.az xəbər verir ki, Madrid “Real”ının uelsli ulduzu Qaret Beyl ilk pillədə qərarlaşıb.
Ötən yay “Anji”dən “Çelsi”yə keçən braziliyalı futbolçu Vilian ikinci olub. “Üçlüy”ü 57 milyon avro qarşılığında “Real”ı “Arsenal”a dəyişən Məsut Özil qapayıb.
Dördüncü və beşinci yerləri müvafiq olaraq Ekvadorun xəstəlik səbəbindən öldüyü hücumçusu Kriştian Benitez və “Bavariya”nın ispan yarımmüdafiəçisi Tyaqo Alkantara tutub.
Ən çox axtarışa verilən baş məşqçi isə "Mançester Yunayted"in çalışdırıcısı Devid Moyes olub.





