"Real" (Madrid) klubunun hücumçusu Kərim Benzema İtaliyanın "İnter" klubunun maraq dairəsinə düşüb. Futbolinfo.az xəbər verir ki,heyətdə ulduz oyunçu qıtlığı yaşayan “neradzurra” fransız forvardı alaraq azarkeşlərini sevindirmək istəyir.
"Real"da heç vaxt sabit oyun sərgiləməyən Benzemanın dab u təklifə müsbət yanaşdığı bildirilir. "İnter" rəhbərliyi yanvarda “Kral Klubu”nun qapısını döyəcək.
Qeyd edək ki, Benzemayla "Arsenal" da yaxından maraqlanır. Forvard İspaniyada 2009-cu ildən bəri çıxış edir.





