Türkiyə mətbuatında “Çelsi”nin futbolçusu Demba Banın “Fənərbaxça" forması ilə məşq edərkən şəkli yayınlanıb. Futbolinfo.az xəbər verir ki, şəkilin həqiqətə nə qədər uyğun olub-olmadığı müzakirə edilsə də, mətbuat bunu Demba Ba-nın “tvitter” hesabında paylaşdığını iddia edib.
 
Bundan sonra isə həmin şəkil müxtəlif cür yozulmağa başlanıb. Daha çox iki ehtimal diqqət çəkir. Birincisi Demba Ba bununla gələn ay “Fənərbaxça”ya transfer oluna biləcəyini göstərib. İkinci bir iddia isə forvard Çempionlar Liqasının 1/8 finalında “Qalatasaray”la qarşılaşacaqlarına görə “sarı-qırmızılar2ın əzəli rəqibinin formasını geyərək onlara mesaj göndərməsidi.
 
Xatırladaq ki, Demba “Fənər”in qolçusu Musa Sou ilə yaxın dostdu. O, cari mövsüm İstanbula gələrək "Fənərbaxça" – "Qalatasaray" derbisini izləmişdi.
Shares: