Filippində baş verən təbii fəlakət futbol dünyasını da xeyli narahat edib. Futbolinfo.az xəbər verir ki, Zinəddin Zidan və Ronaldodan sonra İspaniya La Liqasının futbolçuları da xeyriyyə matçı təşkil etmək qərarına gəlib.
 
İker Kasilyas, Serxio Ramos, Andres İnyesta, Karlos Vela, İniqo Martinez, Xavyer Qerra  ilə yanaşı, bir çox məşhur futbolçuların çıxış edəcəyi qarşılaşma yanvarın 10-da "Santyaqo Bernabeu" stadionunda keçiriləcək.
 
Qeyd edək ki, artıq görüş üçün 15 min bilet satılıb.
Shares: