Zaqatalanın "Simurq" klubunda ayrılıq baş verib. Futbolinfo.az saytı xəbər verir ki, klubun meneceri Zöhrab Əliyev Zaqatala təmsilçisi ilə yollarını ayırıb.
 
Əliyev artıq 2 gündü ki, adı çəkilən klubda çalışmır. Məsələ ilə bağlı sözü gedən şəxsin fikirlərini öyrənmək istəsək də, Əliyev bu barədə danışmaq istəmədiyini bildirib.
 
Klubun yeni menecerinin kim olacağına isə yaxın günlərdə aydınlıq gələcək.
Shares: