Madrid “Real”ının yarımmüdafiə xətti daha bir ciddi itki ilə üzləşib. Futbolinfo.az xəbər verir ki, "Valensiya" ilə matçda zədələnən Xabi Alonsonun vəziyyətinin ciddi olduğu ortaya çıxıb.
 
Qulaq pərdəsində problem yaşayan 32 yaşlı futbolçunun iki ay müalicə almağa ehtiyacı var.
 
Adıçəkilən oyunda rəqiblə toqquşma nəticəsində pərdəsini zədələyən Alonsoya  təyyarəyə minməyə icazə verilməmişdi. Bu səbəbdən o, Valensiyada qalmışdı.
 
Xatırladaq ki, “Real”ın yarımmüdafiə xəttində Qaret Beyl və Sami Hedira da zədəlidi.
Shares: