"Sumqayıt" Futbol Klubu transfer çalışmalarına start verib. Futbolinfo.az xəbər verir ki, sözügedən komanda son olaraq "İnter"də çıxış etmiş Ramil Mansurovu heyətinə qatıb.
20 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb. Mansurov "Sumqayıt"da 77 nömrəli futbol formasını geyinəcək.
Qeyd edək ki, Ramil Mansurov "İnter"in əvəzedici heyətində 2 mövsüm ən sərrast futbolçu olub və ümumilikdə 50-dən artıq qol vurub.





