"Qarabağ"ın makedoniyalı yarımmdüfiəçisi Muarem Muarem karyerasını AZAL-da davam etdirə bilər. Futbolinfo.az xəbər verir ki, paytaxt klubu ağdamlılıarın futbolçusunu transfer etmək niyyətindədi.
Hətta "təyyarəçilər" makedoniyalını ötən mövsümdən heyətinə qatmaq istəyiblər. Ancaq "Qarabağ"ın Avropa Liqasında çıxış etməsi Muaremin razılığa gəlməsinə mane olub. Buna baxmayaraq, AZAL Muaremi almaqda hələ də israrlıdı. Yanvarda "Qarabağ" Muaremlə müqaviləsinin müddətini uzatmasa, biz çox güman ki, makidoniyalı yarımmüdafiəçini AZAL-ın heyətində görə biləcəyik.





