İngiltərənin Mançester şəhərində dəhşətli yol qəzası baş verib. Futbolinfo.az xəbər verir ki, yüksək sürətlə hərəkət edən "Ferrari" markalı avtomobil qəza törədib. Nəticədə iki nəfər ölüb, biri isə ağır yaralanıb.
Qəzada ölənlərin birinin "Mançester Yunayted"in ulduz futbolçusu Rayan Giqs olması ilə bağlı xəbər yayılıb. Bu məlumatı eşidən təcrübəli yarımmüdafiəçinin fanatları onun evinin qarşısına toplaşıblar.
Ancaq sonradan qəzada ölənin Rayan yox, Maykl Giqz adlı bir şəxs olduğu ortaya çıxıb. Azarkeşlər bu xəbəri eşidəndən sonra evlərinə dağılışıblar.





