PSJ-nin lideri Zlatan İbrahimoviç cari mövsüm Çempionlar Liqasındakı şanslarını dəyərləndirib. Futbolinfo.az xəbər verir ki, 1/8 finalda Almaniya "Bayer"i ilə üz-üzə gələcək Paris klubunun isveçli hücumçusu Fransa mətbuatına açıqlamasında bunları dilə gətirib:
 
“Çempionlar Liqasında bir neçə səviyyəli komanda var. Onlardan biri də PSJ-di. Hesab edirəm ki, bizim bu turnirdə rəqiblərlə mübarizə aparmaq üçün kifayət qədər gücümüz var. Ötən mövsüm də inamlı çıxışımız oldu. Bu uğurlu çıxışı daha da irəlilətməliyik. Bu mövsüm Çempionlar Liqasında daha çox uğur qazanmalıyıq. Təbii ki, burada şans amili də önəmlidi. Hazırda komandamız yüksəlişdədi, amma iki ay sonra nə olacağı bilinməz. Ona görə də səylə çalışmalıyıq”.
Shares: