Rusiyada ilin ən yaxşı futbolçusu seçilib. Futbolinfo.az xəbər verir ki, “Futbol” nəşrinin jurnalistlər arasında apardığı sorğudan sonra “Zenit”in və Rusiya millisinin yarımmüdafiəçisi Roman Şirokov ölkənin ən yaxşısı adına layiq görülüb.
Ötən il də bu mükafata sahib çıxan futbolçu 373 xal toplayıb. İkinci pillədə isə “Zenit”in digər üzvü Halk qərarlaşıb. O seçicilərdən 243 xal ala bilib. 194 xal qazanan Aleksandr Kokorin isə üçüncü yerə çıxıb.





