Hər zaman komandaları və futbolçuları cərimələyən FİFA bu dəfə özü cərimələnib. Futbolinfo.az xəbər verir ki, Braziliyanın Resifi əyalətinin məhkəməsi quruma düz 210 min dollar cərimə yazıb. Buna səbəb ali futbol qurumunun sonuncu Konfederasiyalar Kubokunda biletlərlə bağlı problem yaratması olub.

Resifi şəhər məhkəməsi 8 azarkeşin birgə ərizəsindən sonra bu hökmü oxuyub. Belə ki, onlar KK-nin qrup mərhələsində İspaniya-Uruqvay matçında yerlərini tuta bilməyiblər. Vəkilləri bildirib ki, fanatlar əllərində bilet olduğu halda, oyuna pilləkənlər üzərində baxıblar. Zərərçəkənlər bildiriblər ki, onların yerləri meydana çox yaxın imiş.

FİFA isə hələlik bu işdə məsuliyyəti stadion rəhbərliyinin daşıdığını əsas göstərərək məsuliyyətdən boyun qaçırır.

Shares: