Madrid "Atletiko"su və türkiyə millisinin üzvü Arda Turan maraqlı açıqlama verib. Futbolinfo.az xəbər verir ki, türkiyəli futbolçu vətəninə qayıtmaq istəmədiyini dilə gətirib:
"Əlimdən gəldiyi qədər Türkiyəyə qayıtmamağa çalışacam. Mən futboldan getdikdən sonra gənclərə nümunə olmaq istəyirəm. İkinci səbəbim isə ailəm və xoşbəxtliyimdi. Türkiyəyə qayıtsam, "Qalatasaray"da oynayaram. "Fənərbaxça" klubuna, prezidentinə və azarkeşlərinə sonsuz hörmətim var, amma mən "Qalatasaray"lıyam".





