Veteran futbolçulardan ibarət komandaları Naxçıvanda bir araya gətirən Futbol Veteranları İttifaqının təşkil etdiyi yarışa yekun vurulub. Futbolinfo.az xəbər verir ki, turnirin qalibi finalda "Neftçi"ni məğlub edən "Sumqayıt" olub. 

"Gənclik şəhəri"nin təmsilçisi Oqtay Abdullayevin komandasına 5:2 hesabı ilə qalib gəlib. Bürünc medallar uğrunda görüşdə isə "Kəpəz" "Qarabağ" üzərində 5:4 hesablı qələbəyə sevinib. Yarışın sonunda bu dörd komandanın üzvlərindən təşkil olunan Azərbaycan yığması "Araz"ın veteranlarına qarşı oynayıb. Milli 7:5 hesabı ilə qalibiyyət əldə edib. 

Turnirin bağlanış mərasimində mərasimində ilk 3-lüyə düşən komandalar kubok və medallarla mükafatlandırılıb.

Shares: