"Qalatasaray"a qaynar dəqiqələr yaşanır. Futbolinfo.az xəbər verir ki, baş məşqçi Roberto Mançini klub prezidenti Ünal Aysalla görüşərək bir neçə futbolçunun transferi barəsində göstəriş verib.
"Əskişəhərspor"dan Tarık Çamdal, "Kayserispor"dan Salih Dursun, "Bursaspor"dan Serdar Aziz ve Aleks Telles komandada görmek istəyən çalışdırıcının hesabatı rəhbərlik tərəfindən də müsbət qarşılanıb.
Bu transfer hərəkatının qarşıdakı həftədən etibarən başlayacağı gözlənilir. Aysal-Mançini görüşündə alınan transfer qərarlarına detallarıyla nəzər yetirək:
1) Tarık Çamdal… "Qalatasaray"la "Əskişəhərspor" arasında münasibətlərin gərilməsinə səbəb olan Tarık üçün "sarı-qırmızılar" son təklifini edib. Təklifə görə, "cim-bom" Necati Atəşin transferindən alacağı 300 min avroya əlavə olaraq "Es-es" rəhbərliyinə 200 min avro ödəmək niyyətindədi. Bununla yanaşı, İgid Gökoğlan da icarə əsasında Əskişəhər təmsilçisinə təklif olunub. Əgər tərəflər razılığa gələ bilməsə, Mançininin hədəfi İshak Doğana çevirəcəyi gözlənilir.
2) Salih Dursun… "Kayserispor"un 22 yaşlı istedadı üçün Mançini "transfer edilsin" deyincə dərhal qarşı tərəflə təmas qurulub. Müdafiənin sağ cinahında və dayaq yarımmüdafiəçisi kimi oynaya bilən Salihin fiziki cəhətdən güclü olması da transferdə həlledici faktor kimi görünür. Dursun üçün ağıla gələn ilk təklif onun Nordin Amrabatla dəyişdirilməsidi. Ancaq iddialara görə, mərakeşli futbolçu daha əvvəl "Kayserispor" təcrübəsi olduğu üçün bunu qəbul etməyib. "Sarı-qırmızılar"ın Salih üçün 2 milyon avronu gözdən çıxardığı deyilir.





