Təlim-məşq toplanışını Antalyada keçirəcək “Neftçi” əvəzedici heyətdən 5 futbolçunu da əsas komandaya çağırıb. Belə ki, Aleksandr Qross, Fəhmin Muradbəyli, Cavid Muxtarzadə, Ziyadxan Məmmədov, Məqsəd İsayev “ağ qaralar”ın birinci komandasına qatılacaq.
Bu barədə Futbolinfo.az saytına açıqlamasında klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat verib. Klub rəsmisi bu futbolçuların Nazim Süleymanovun istəyi ilə əsas komandaya dəvət olunduğunu bildirib.





