İngiltərə Premyer Liqasında çətin günlər keçirən “Kardif”in baş məşqçisi Malki Makket postundan göndərilib. Futbolinfo.az xəbər verir ki, bir müddətdi bu haqda şayələr dolaşsa da, xəbər rəsmən dünən axşam saatlarında açıqlanıb.
Xatırladaq ki, ötən günlərdə klub prezidenti Vinsent Tan 41 yaşlı mütəxəssisə elektron məktubla istefaya getməsini bildirmiş, lakin Malki buna məhəl qoymamışdı. Odur ki, idarə heyəti çalışdırıcını özləri istefaya göndərib. Bu səbəbdən Makket “Kardiff”dən 3 milyon funt təzminat alacaq.





