Danimarka futbolunun tanınmış siması Yon Dal Tomasson Hollandiyada məşqçilik fəaliyyətinə başlayıb. Futbolinfo.az xəbər verir ki, o, Eredivizyada mübarizə aparan “Roda” ilə 3,5 illik müqavilə bağlayıb.
Xəbər “Roda”nın rəsmi internet səhifəsindən verilib. “Milan”ın sabiq hücumçusu bu postda ümidləri doğrultmayan Rud Brodun əvəzinə gətirilib.
Qeyd edək ki, “Roda” hazırda Hollandiya çempionatında 14-cü pillədə qərarlaşıb.






