İngiltərə “Arsenal”ının baş məşqçisi Arsen Venger komandanın aparıcı futbolçusu Məsut Özilin zədəsindən danışıb. Futbolinfo.az xəbər verir ki, o, yarımmüdafiəçinin qarşıdakı bir neçə matçda istirahət edəcəyini bildirib:
"Əlbəttə ki, Özilin bizimlə olmasını istərdim. Lakin onun çiyni zədələnib.O, 2-3 oyunu buraxacaq".
Xatırladaq ki, “Arsenal” qarşıdakı 2 oyununu “Kardiff” və “Tottenhem” klubları ilə keçirəcək.





