Bu gün "Xəzər Lənkəran"la iki illik rəsmi müqavilə imzalayan "Neftçi" və "Sumqayıt"ın sabiq müdafiəçisi Slavik Alxasov bu münasibətlə futbolinfo.az saytının suallarını cavablandırıb:
– "Xəzər Lənkəran"la müqavilə bağladız. Buna görə sizi təbrik edirik! Bu keçidinizlə bağlı nə deyə bilərsiz?
– Sevinirəm ki, belə bir klubda oynayacağam. İki illik rəsmi müqavilə imzaladım. Artıq qarşısında hədəfləri olan böyük klubda oynayacağam.
– Sevinirəm ki, belə bir klubda oynayacağam. İki illik rəsmi müqavilə imzaladım. Artıq qarşısında hədəfləri olan böyük klubda oynayacağam.
– Azarkeşləri çox olan klubda oynayacaqsız? Gənc futbolçusuz. Belə bir camiədə özünüzü necə hiss edəcəksiz?
– Məncə, hər şey yaxşı olacaq. "Xəzər Lənkəran"da da özümü sübut etməyə çalışacam.
– "Neftçi" və "Xəzər Lənkəran" əzəli rəqiblərdi. "Ağ-qaraların" heyətindən cənub klubuna keçid çətin olmadı ki?
– Yox, heç bir çətinlik olmadı. "Neftçi"yə də təşəkkürümü bildirirəm ki, bu keçidə şərait yaratdı. Mən artıq "Xəzər Lənkəran"ı düşünürəm.
– Mustafa Dənizli sizinlə söhbət edib? O, özü şəxsən səni sərəncamında görmək istəyirdi…
– Yox, hələ ki, danışmamışıq.
– "Xəzər Lənkəran" son illərdə çətin durumdadı. Sizcə, komanda bu "qara zolaq"dan çıxa biləcək?
– Bundan sonra ancaq xallar qazanmaq lazımdı. Düşünürəm ki, ikinci yarıda daha yaxşı çıxış edəcəyik.
– Bundan sonra ancaq xallar qazanmaq lazımdı. Düşünürəm ki, ikinci yarıda daha yaxşı çıxış edəcəyik.
– Lənkəran azarkeşlərinə sözünüz?
– Onlar böyük qüvvədilər. Daim bizə dəstək olsalar, hər şey yaxşı olacaq.
ELSEVƏR





