"Xəzər Lənkəran"ın baş məşqçisi Mustafa Dənizli "Sumqayıt"dan daha bir futbolçunu öz komandasına aparmağa hazırlaşır. Futbolinfo.az xəbər verir ki, cənub təmsilçisinin türkiyəli çalışdırıcısı indi d Orxan Əliyevə göz dikib.
 
Qeyd edək ki, bu gün "Xəzər Lənkəran" müqavilə ilə "Neftçi"yə məxsus olsa da, mövsümün əvvəlindən icarə əsasında "Sumqayıt"da çıxış edən Slavik Alxasovun keçidini tam rəsmiləşdirdi və futbolçu ilə iki illik müqavilə imzaladı. Beləcə, Dənizlinin ilk transferi yerli futbolçu oldu. Halbuki, bu oyunçunun xidmətində "Bakı"nın baş məşqçisi Milinko Pantiç də maraqlı idi. İndi də türkiyəli mütəxəssis Slavikin komanda yoldaşı Orxanı sərəncamında görmək istəyir. Müdafiəçi Alxasovdan fərqli, Əliyev hücumçudu.
 
Əldə etdiyimiz məlumata görə, "Xəzər Lənkəran" artıq Orxan Əliyevə görə "Sumqayıt"a rəsmi təklif göndərib və yaxın günlərdə bu transferin də rəsmiləşməsi gözlənilir.
Shares: