“Çelsi”nin kapitanı Frenk Lempard qarşıdakı bir neçə oyunu buraxmalı olacaq. Futbolinfo.az xəbər verir ki, buna səbəb onun premyer-liqanın son turunda “Liverpul”la matçda zədələnməsi olub.
 
Birinci hissədə əzələsini zədələyən təcrübəli futbolçu ikinci hissədə meydana çıxa bilməyib. Həkimlərinin müayinəsindən sonra məlum olub ki, növbəti bir neçə matçda 35 yaşlı yarımmüdafiəçi komandasına kömək edə bilməyəcək.
 
Lempard 2001-ci ildən London klubunda çıxış edir. 
Shares: