PSJ-nin ulduz futbolçusu Zlatan İbrahimoviç karyerasını hansı klubda bitirəcəyi ilə bağlı maraqlı açıqlama verib. Futbolinfo.az xəbər verir ki, "Yuventus", "İnter", "Milan" və "Barselona" kimi məşhur komandalarda oynamış, hazırda isə Fransa nəhənginin uğurları üçün tər tökən təcrübəli forvard İsveç mətbuatına bunları deyib:
"Seltik" köklü klubdu və hər futbolçu karyerasını belə bir klubda bitirməyi istəyər. Hər həftə bu cür möhtəşəm azarkeşin qarşısında oynamaq qürurvericidi. Henrik Larsson Avropanın ən güclü klublarında oynaya biləcək gücdə idi, ancaq "Seltik"də qalmasını çox gözəl anlayıram. Karyeram ərzində çox gözəl oyunlar keçirdim. Buna baxmayaraq, "Seltik Park"da yaşadıqlarımı heç bir yerdə görməmişəm".





