Futbol üzrə Azərbaycan yığmasının qapıçısı Səlahət Ağayev "İnter"dən ayrılır. Futbolinfo.az xəbər verir ki, gənc qolkiperin paytaxt klubu ilə müqaviləsinin müddəti başa çatmasa da, o, "bankirlər"in düşərgəsində qalmaq istəmir.
Səlahətin xidmətində onu heyətdə saxlamağa çalışan "İnter"lə yanaşı, bir sıra Türkiyə klubları da maraqlıdı. Amma qardaş ölkənin PTT 1-ci Liqasında çıxış edən klubların maliyyə imkanlarının aşağı olması Ağayevin bu təklifləri rədd etməsinə səbəb olub.
Əldə etdiyimiz məlumata görə, millimizin qapıçısı seçimini "Qəbələ"nin lehinə edib. Bölgə klubu ona daha yaxşı şərtlər irəli sürdüyündən, Səlahət məhz "Qəbələ"yə keçməyə razılıq verib.
Qeyd edək ki, Ağayevin "İnter"lə müqaviləsinin müddəti yayda başa çatacaq.





