Yenidən "Xəzər Lənkəran"a qayıdan Adrian Pit bu haqda fikirlərini bildirib. Futbolinfo.az-a açıqlamasında Pit əvəzedici heyətə gəlməyinin səbəbini bilmədiyini deyib:

"Bilmirəm niyə belə oldu. Mənən dedilər get əvəzedicilərdə oyna, mən də getdim. Hələki əsas komandaya qayıtmağımla bağlı heçnə demirlər. İyun ayına kimi müqaviləm var. Müqaviləm bitdikdən sonra burda qalıb-qalmayacağımla bağlı qərar verəcəm. İndi isə "Xəzər Lənkəran"ın oyunçusuyam və nə deyirlərsə, edirəm".

Qeyd edək ki, Adrian Pit Avropa Liqasının təsnifat mərhələsində"Makkabi" (0:8) məğlubiyyətindən sonra komandadan qovulmuşdu.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp