Bir müddət əvvəl İrlandiya millisinin baş məşqçisi postundan ayrılan Covanni Trappattoni yenidən vətənində çalışa bilər. Futbolinfo.az xəbər verir ki, təcrübəli mütəxəssisin xidmətində "Latsio" maraqlıdı.
 
Roma klubunun rəhbərliyi Vladimir Petkoviçin fəaliyyətindən narazı olduğu üçün belə bir addım atmaq niyyətindədi. 9 oyundan sonra 14 xal toplayan "Latsio"nun 7-ci pillədə qərarlaşması rəhbərliyi qane etmir. Bu səbəbdən də komandaya yeni baş məşqçi təyin olunacağı gözlənilir.
 
Trapattonidən başqa, "Latsio"nun gündəmində Sinişa Mihayloviç, Roberto Di Matteo və Edoardo Reyyanın da adı var.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp