“Qarabağ”da yeni təyinat rəsmiləşib. Futbolinfo.az klub saytına istinadən xəbər verir ki, aşağı yaş qruplarının koordinatoru Sebahettin Tekinlə yollar ayrıldıqdan sonra türkiyəlinin yerinə Borçe Xristov təyin edilib.
Makedoniyalı mütəxəssis komanda üçün yeni sima deyil. Xristov 2011-2012 mövsümündə “Qarabağ”ın əsas komandasının məşqçilər korpusunda olub. PRO kateqoriyaya malik mütəxəssis rəhbərliyin də iştirakıyla kluba təqdim olunub.
“Qarabağ”ın əsas komandasının baş məşqçisi Qurban Qurbanov çıxışında bildirib ki, artıq aşağı yaş qrupları daha sistemli fəaliyyət göstərəcək. Aşağı yaş qruplarının çıxışlarını diqqətdə saxlayacağını bildirən çalışdırıcı bütün yaş qruplarında eyni oyun modelin tətbiq olunacağını bildirib. Xristovla 2 illik müqavilə ilmzalanıb. Makedoniyalı əvəzedici komandadan tutmuş ən aşağı yaş qrupuna qədər nəzarət edəcək.





