Futbol üzrə Azərbaycan yığmasının yarımmüdafiəçisi Cavid Hüseynovun "Bakı"dan ayrıldığını xəbər vermişdik. Futbolinfo.az xəbər verir ki, millimizin üzvünün artıq növbəti komandasının adı da məlumdu.
 
Çox etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, Hüseynov növbəti mövsümdə "İnter"in şərəfi üçün çalışacaq. O, "Bakı"dan ayrıldıqdanm sonra "bankirlər"in baş məşqçisi Kaxaber Sxadadze ilə telefon əlaqəsi yaradaraq, gürcü mütəxəssislə razılığa gəlib. Hazırda Avropa Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyunu üçün Moldovada olan "İnter" vətənə qayıtdıqdan sonra futbolçu ilə rəsmi müqavilə imzalayacaq.
 
Qeyd edək ki, futbolçu 2008/09 mövsümündə də "İnter"in formasını geyinib.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp