Türkiyə Super Liqasında ilk dövrənin rəmzi yığması seçilib. Futbolinfo.az xəbər verir ki, "11-lik" müəyyənləşdirilərkən futbolçuların dövrə boyu sərgilədiyi oyunlar və fərdi göstəriciləri nəzərə alınıb.
 
Qış çempionu “Fənərbaxça” 4 futbolçusu ilə bu kriteriyada birinci olub. Rəmzi yığma belə formalaşdırılıb:
 
Qapıçı: Onur Kıvrak (Trabzonspor);
 
Müdafiəçilər: Çiçinyo (Sivasspor), Tomas Sivok (Beşiktaş), Egemen Korkmaz, Caner Erkin (hər ikisi “Fənərbaxça”);
 
Yarımmüdafiəçilər: Atif Şeyşu (Sivasspor), Mehmet Topal (Fənərbaxça), Felipe Melo (Qalatasaray), Ezekuel Skarione (Kasımpaşa);
 
Hücumçular: Musa Sou (Fənərbaxça), Didye Droqba (Qalatasaray).
Shares: