Cari mövsüm "Fənərbaxça"nın heyətində göstərdiyi oyunla diqqət çəkən futbolçu Caner Erkin Avropa klublarının maraq dairəsinə düşüb. Futbolinfo.az xəbər verir ki, Türkiyə mətbuatında 25 yaşlı yarımmüdafiəçinin Lion "Olimpik”i və PSJ-nin hədəfində olduğu vurğulanıb.
Lakin “sarı-lacivərdlər” Caneri itirmək istəmədiyindən onunla müqavilə yeniləməyi planlaşdırır.
Məsələyə qaşıdakı günlərdə aydınlıq gələcəyi gözlənilir.





