Ukraynanın "Dinamo" (Kiyev) klubunun sabiq hücumçusu Artyom Milevskinin azərbaycanlı meneceri Kamil Məmmədov müştərisinin Türkiyə "Qaziantepspor"undan ayrılmasına münasibət bildirib. Futbolinfo.az sizi həmin müsahibə ilə tanış edir.
– Milevskiyə "Qaziantepspor"da nə oldu? Niyə müqaviləyə xitam verildi?
– Klub mövsümün əvvəlindən oyunçunun maaşını ödəmirdi. Bu üzdən FİFA-ya da şikayət ünvanlanmışdı, klubun ofisinə xəbərdarlıq məktubu göndərilmişdi. Bir sözlə, tam bir xaos hökm sürürdü. Artyom da bu üzdən klubla danışıb, müqavilənin ləğvinə qərar verdi.
– Klub mövsümün əvvəlindən oyunçunun maaşını ödəmirdi. Bu üzdən FİFA-ya da şikayət ünvanlanmışdı, klubun ofisinə xəbərdarlıq məktubu göndərilmişdi. Bir sözlə, tam bir xaos hökm sürürdü. Artyom da bu üzdən klubla danışıb, müqavilənin ləğvinə qərar verdi.
– Ümumiyyətlə, "Qaziantepspor"da nə baş verir?
– Belə şəraitdə işləmək mümkünsüzdü. Yəqin ki, əksər futbolçular oradan gedəcək. Bəziləri artıq bu yöndə danışıqlar aparırlar. Bizim üçün "Qaziantepspor" tarixi başa çatıb.
– Milevski bundan sonra nə edəcək? Yəqin ki, onun Ukraynaya qayıtmaq ehtimalı daha yüksəkdi…
– İndi hamı istirahətdədi. Yeni variantlar mütləq olacaq.
Qeyd edək ki, Milevski "Qaziantepspor"da cəmi 4 ay oynadı. O, 2013-cü ilin sentyabr ayında transfer olunduğu bu komandada 8 matça çıxıb (6 çempionat, 2 kubok oyunu). Lakin həmin oyunların da heç birini 90 dəqiqə meydanda olmayıb. Bu müddətdə o, 1 qol vurub və eyni sayda da məhsuldar ötürməylə yadda qalıb.
Hazırda Milevskinin karyerasını davam etdirəcəyi ehtimal olunan klublar arasında "Qəbələ"nin də adı hallanır. Lakin Məmmədov Ukrayna mətbuatına "Qəbələ"dən heç bir təklif almadıqlarını bəyan edib: "Milevskinin "Qəbələ"yə keçidi aktual deyil. Onun meneceri mənəm. Əgər belə bir şey olsa, hamıdan öncə mənim xəbərim olardı. Bu futbolçu "Qəbələ"dən heç bir təklif almayıb".





