Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığmasının hücumçusu Toğrul Eratın yeni baş məşqçisi müəyyənləşib. Futbolinfo.az xəbər verir ki, 2-ci Bundesliqada çıxış edən "Fortuna"ya bundan sonra Lorens-Qunter Köstner başçılıq edəcək.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Məlumatda bildirilir ki, 62 yaşlı mütəxəssislə 2014/15 mövsümünün sonunadək müqavilə imzalanıb.
 
Qeyd edək ki, "Fortuna"nın baş məşqçisi Mike Büskens noyabrın sonunda istefa vermişdi. Bundan sonra rəhbərlik komandanı müvəqqəti olaraq Oliver Rekə tapşırmışdı. 
Shares: