Yaşıl meydanlar nəhayət ki, 2 aydı həsrət qaldığı canlı əfsanəyə qovuşub. Futbolinfo.az xəbər verir ki, noyabrın əvvəlində İapaniya La Liqasında "Betis"lə görüşdə zədələnən "Barselona"nın ulduzu Lionel Messi sıralara qayıdıb.
Artıq o, komandası ilə məşqlərə başlayıb. Klubun rəsmi saytının verdiyi xəbərə görə, argentinalı forvard ötən gün Kataloniya təmsilçisinin axşam məşqində iştirak edib.
Baş məşqçi Xerardo Martino şans verərsə, Messi yanvarın 5-də “Elçe”yə qarşı oyunda forma geyəcək. Start heyətdə olmasa da, onun sonradan oyuna daxil olacağı gözlənilir.
Yeri gəlmişkən, rəhbərlik gələn kimi Messi ilə yeni müqaviləyə dair razılığa gəlib. İspaniya mətbuatının verdiyi xəbərə görə, indi argentinalı ildə 21 milyon avro qazanacaq. Bununla da Leo “Real”ın hücumçusu Kriştianu Ronaldo ilə eyni məbləğdə əmək haqqı alacaq.
Onun hazırkı maaşı 16 milyon avrodu.





