"Qarabağ"ın hüçumçusu Murad Səttarlının futbolinfo.az saytına müsahibəsi
– 2013-cü il sizin üçün hansı hadisələrlə yadda qaldı?
– Ötən il mənim üçün pis keçmədi. Çünki, komandamız Avropa Liqasında çıxış etdi.
– Bəs 2014-cü ildən nələr gözləyirsiz?
– Bu mövsümün yaxşı sonluqla bitməsini istəyirəm.
– Arxada qalan 2 dövrəni "Qarabağ" üçün necə dəyərləndirə bilərsiz?
– "Qarabağ"ın heyəti bu il çox güclüdü. Komandanın oyunu da əla alınır. Fikrimcə, komandamız çempionluğa bir nömrəli namizəddi.
– "Qarabağ"ın heyəti bu il çox güclüdü. Komandanın oyunu da əla alınır. Fikrimcə, komandamız çempionluğa bir nömrəli namizəddi.
– Çempionluq yolunda hansı komandaları ciddi rəqib hesab edirsiz?
– Turnir cədvəlinə nəzər salsaq, hər şey aydın olur. "Qəbələ", "Neftçi" ilə yanaşı "Simurq" da ciddi rəqiblər sırasındadı.
– Amma "Simurq"un çempionluq şansı bir o qədər də çox deyil…
– "Simurq"un hələ də şansı var. Bu komandanın ötən mövsüm 1-ci yer uğrunda mübarizə apardığını unutmaq olmaz.
– Yəqin, əvvəllər "Simurq"da oynadığınız üçün belə düşünürsüz…
– Təkcə buna görə yox. "Simurq" pis komanda deyil. İnanıram ki, qış fasiləsində daha da güclənəcəklər.
– Deyəsən, "Simurq" üçün darıxırmısız?
– Bəli, bir az darıxmışam.
– Təsadüfən ora qayıtmaq haqda düşünmürsüz? Zaqatala klubundan yenidən təklif gəlsə, qəbul edərsiz?
– Onlar hələ də mənim xidmətimdə maraqlıdılar. Hər şeyə yanvarın 8-də aydınlıq gələcək.
– "Qarabağ"da heyətə düşmək çox çətindi ki?
– Bəli, çox çətindi. Yaxşı futbolçular olduğu üçün rəqabət güclüdü.
– Özünüzü bu rəqabətdə qalib görmürsüz?
– Özümü heç də zəif hesab etmirəm. Sadəcə, 3 ay zədəli olub, yaşıl meydandan uzaqda qalmağım mənə mane oldu.
– Ölkə xaricində oynamaq haqda düşünmürsüz?
– Digər futbolçular kimi, mən də legioner həyatı yaşamaq istəyirəm. Ancaq bu gələcəyin işidi. İndidən bu haqda danışmaq tezdi.
– Sizcə, bizim futbolçuların legioner həyatı niyə bir o qədər də uğurlu alınmır?
– Çünki burada oynanılan futbolla xaricdə sərgilənən futbol arasında fərq çox böyükdü. Mən özüm də Rusiyadan Azərbaycana gələndə çətinlik çəkirdim.
– Peşəkar futbolçu üçün bunun nə fərqi var ki?
– Bunu izah edə bilmərəm. Şəxsən mənə Rusiyada oynamaq daha asan idi.
– Futbolçu karyeranıza necə başlamısız?
– Futbola Stavropol şəhərində başlamışam. 5 il sonra məni ÇSKA-ya baxışa dəvət etdilər. Məni bəyəndikləri üçün də orada saxladılar.
– Bəs orada niyə qalmadız?
– Çünki darıxdığım biri var idi. Buna görə ayyarımlıq oradan getdim. Onlar isə zədəli olduğumu düşünərək məni əvəzedici heyətdə saxlamadılar. Həm də əvəzedicilərin məşqçisi dəyişmişdi.
– Belə çıxır ki, siz onları aldatmısız və ya karyeranızı şəxsi həyatınıza qurban vermisiz?
– Xeyr, həqiqətən də zədəm var idi. Düzdü, bu zədə ilə oynamaq olardı. Sadəcə, bir az səbr etmək lazım idi. Həqiqətən də, karyeramı şəxsi həyatıma qurban verdim..
– Düşünmürsüz ki, ÇSKA-da qalsaydız, indi əsas komandanın heyətində çıxış edəcəkdiz?
– Bu haqda heç düşünməmişəm. Ancaq düşünürəm ki, ən azından birinci liqada oynayardım.
EMİN SƏFƏROV





