Mövsümün əvvəlində “Xəzər Lənkəran”ın əvəzedici heyətindən qovulan Mirqasım Cabbarlı komandaya qaytarılıb. Futbolinfo.az xəbər verir ki, Elbrus Məmmədovun istəyi ilə komandadan göndərilən futbolçu geri dönüb.
Onun geri qayıtmasına səbəb isə komandanın müdafiə xəttində olan problemlər olub. Belə ki, ötən mövsüm yaxşı çıxşı ilə diqqəti özünə çəksə də, nizam-intizam qaydalarını pozduğuna görə uzaqlaşdırılan futbolçunun bağışlanmasına qərar verilib.





