Mustafa Dənizlinin gəlişindən sonra “Xəzər Lənkəran”da bir sıra dəyişikliklər olacağı gözlənilən idi. Futbolinfo.az xəbər verir ki, fiziki hazırlıq üzrə məşqçi Covanni Melkiorre də türkiyəli mütəxəssisin siyahısından kənarda qalıb.
Əvəzində italiyalı məşqçi əvəzedici heyətə göndəriləcək. Cənubluların rəhbərliyi müqaviləsi olan məşqçini komandadan birdəfəlik göndərmək niyyətində deyil. Əldə etdiyimiz məlumata görə, Lənkəran klubundan yüksək maaş alması onun ikinci komandaya göndərilməsinə mane olur. Əgər tərəflər pul məsələsində razılığa gəlsə, Melkiorre komandadan gertməyəcək və Elbrus Məmmədova yardım edəcək.





